booked.net booked.net  

Xəbər verdiyimiz kimi, bu gün - sentyabrın 4-də Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Soçi şəhərində ikitərəfli danışıqlara başlayacaq.

“The New York Times” qəzetinin yazdığına görə, görüş Ukraynaya genişmiqyaslı müharibə şəraitində Qara dənizdən keçərək ərzaq ixrac etməyə imkan verən Qara Dəniz Taxıl Təşəbbüsünü (“taxıl sazişi”) canlandırmaq üçün beynəlxalq çağırışlar fonunda keçirilir.

Həmçinin, görüş avqustun 31-i cümə axşamı günü Moskvada iki ölkənin diplomatları arasında aparılan danışıqların gözlənilən irəliləyiş olmadan başa çatmasından sonra elan edilib.

“Taxıl sazişi”ndən əlavə, iki liderin Türkiyədə qazpaylayıcı qovşağın tikintisi təklifini də müzakirə edəcəyi gözlənilir ki, bu da Rusiyanın qaz ixracının marşrutunu dəyişdirmək üçün istifadə edə bilər. Türkiyədə qaz qovşağının yaradılması Rusiyaya Avropa ilə qaz ticarəti apara biləcək vasitəçi əldə etməyə imkan verəcək.

Maraqlıdır ki, görüş nöqtəsi 2022-ci ilin avqustunda, ilkin taxıl ixracı müqaviləsinin müddəti başa çatdıqdan az sonra Ərdoğanla Putinin görüşdüyü kimi, yenidən Rusiyanın Qara dəniz kurortu olub.

Soçidə Ərdoğanla Putinin görüşü – nəyi bilmək lazımdır?

Avqustun 16-da məlum olub ki, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda görüşə bilərlər.

Sonda məlum olub ki, görüşün sentyabrda - 8 sentyabr cümə gününə kimi baş tutacağı məlum olub. Onların Hindistanda keçiriləcək G20 toplantısı öncəsi digər məsələlərlə yanaşı, mühüm məsələləri də müzakirə edəcəyi gözlənilirdi. Putin artıq sammitdə şəxsən iştirak etməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyə lideri ilə Putinin görüşünü Ukraynanın “taxıl təşəbbüsünü” bərpa etmək üçün son şansı hesab edir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN