booked.net booked.net  

İşə düşmüşük. Yay gələn kimi özü ilə də bir sürü problem gətirir. Hər il olduğu ki, bu il də eyni problem,eyni məsuliyyətsizlik. Problemlər nədən ibarətdir?

Problem № 1. Əhalinin su ilə təchiz edilməsiniz yarıtmaz olması. Bu işə güya Su kanaldımı,kanalizasiyadımı idarəsi baxır, daha doğrusu baxmır. Dövlətin, əhalinin pulunu sümürüb yeyir üstündən də o butulkadakı sudan içib kef eləyirlər. Çünki, əhaliyə verilən suyun standartlardan çox uzaq olduğunu bilib, bu sudan içmirlər. Bu ştatda nə qədər böyük, böyükdən bir az balaca, balacadan da bir az balaca, irili-xırdalı yüzlərlə məmur,icraçı, nəzarətçi, texnik, texnikin köməkçisi,mühəndis və s. işləyir (oxu-görüntü yaradır). Hamısının da vəzifəsi əhalini su ilə fasiləsizə təmin etməkdir. Amma, təmin etmirlər. 40 dərəcə istidə sakinlərə su verilmir. Niyə verilmir?

 Suyun qiyməti indi neftin,qızılın qiymətindən də bahadır.Əhalini bahalığına görə dünyada analoqu olmayan su içmək məcburiyyətində qoymusunuz. Yaxşı, bu qədər pul toplayırsınız, niyə suyu vermirsiniz? Ona görə ki, cəzasızlıq mühiti sizi harınlaşdırıb və o süjetdə deyildiyi kimi, əhalinin... əsəbi ilə oynayırsınız. Belə xidmət olmur, belə idarə ləğv edilməlidir, günahkarların boğazınan daş asıb Zığ gölünə atmaq lazımdır. Belə məsuliyyətsiz, ləğv edilməsi mütləq lazım olan su idarələrindən biri də Suraxanı Su ...idarəsidir. Sizə bir gündə verilən suyun vaxtını deyim, işin nə qdər ciddi oluğunu təsəvvürünüzə gətirin:

23 iyunt- gecə saat 1-dən səhər saat 5- kimi- su yoxdur; axşam saat 17-dən 24-iyul saat 7-yə kimi su yoxdur. 7-dən 12-ə kimi su verilib. Saat 12-dən isə yoxdur və bilinmir ki, nə vaxt veriləcək. Çünki telefonla məlumat almaq olmur. Telefon bütün günü məşğul olur. Təsadüfən, zənginizə cavab versələr,cavab belə olacaq ki, haradasa təmir işləri gedir,ya da anbarlarda su qurtarıb,su yığırıq.

Qardaşlar, bacılar,əmilər,dayılar, cənab məsul işçilər! Belə xidmət olmur. Bu cür işləmirlər.

Sizə MBD-nin Orta Asiya ölkələrin birinin təcrübəsindən danışım. Əgər hansısa tarixdə 1 və ya 2 saat su olmaycaqsa( bundan artıq olmur), bunu bir həftə qabaq əhaliyə bildirirlər. Sonra da həmin saatdan da qabaq su maşınları evlərin yanında saxlayıb əhaliyə pulsuz su paylayırlar.Kim nə qdər istəyir, götürür.Suyun 3-4 saat olmaması isə fövqəladə vəziyyət sayılır.Şəhər sovetinin deputatı  hər şənbə günü seçicilərə hesabat verir və s. Nə isə, problemi necə həll etmək olar?

Çox asan:

1.Hər bir saatda verilməyən su üçün Su idarəsi, sakinin xeyrinə olaraq cərimələnir və müəyyən miqdarda pul vəsaiti onun hesabına qaytarılır. Suyu 10 saat vermədilər,bu da eləsin,deyək ki,10 manat. Canın çıxsın, qaytar bu pulu sakinə ki, belə hallarda özünə mağazadan su ala bilsin.

  1. Su maşınları ilə əhaliyə pulsuz su verilsin.
  2. Günahkarları suda boğmaq

 Problem №2. Qazın heç bir xəbərdarlıq olmadan kəsilməsi və nə vaxt veriləcəyi barədə də tam qeyri-müəyyənlik.

Çıxış yolu 1: Qazın olmadığı saatlar üçün sakinlərin xeyrinə pul vəsaiti ödəmək.

Çıxış yolu 2: Günahkarları qaz kamerasında boğmaq

Konkret ünvan: Yeni Günəşli qəsəbəsi. 23 iyunda bütün günü qaz olmayıb.

 Problem 3. İşığın kəsilməsi. 23 iyun-iki dəfə işıqlar sönüb. Lifdə qalan kim,soyuducusu xarab olan kim.

Cıxış yolu 1. İşıq idarəsi sakinlərin xeyrinə pul vəsaiti ödəyir.

Çıxış yolu 2. Günahkarları toka vermək.

Bu qurumlara hansı qurumun nəzarət etməsi əhalini az maraqlandırır. Öz aranızda razılığa gəlin, bu qızmar yay günlərində əhaliyə əziyyət verməyin.

 Şakir QURBANOV

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA