booked.net booked.net  

"Mən deyəndə ki, Rusiya Ukrayna ət maşınına seçərək məxsusi şəkildə rus olmayanları göndərir, bəziləri inanmır..." Bu sözlər tanınmış media eksperti Azər Həsrətə məxsusdur. Ekspert Rusiyanın Ukraynada başladığı işğalçılıq niyyətli müharibəsini ilk gündən izləyir və ədalətli mövqeyini medialaşdırır. Sitat: "...Buyurun, Ukraynanın ələ keçirdiyi siyahıdır. Rəsmidir. Bu qədər təsadüf ola bilərmi ki, siyahıdakıların demək olar hamısı rus olmasın? Təbii ki, təsadüf deyil bu. Seçmədir. Rusiya belə edir...", -deyən Azər Həsrət həmin siyahıdan bir hissənin fotosunu paylaşıb:
"Нурмогометов Р.Р.
Джумалиев Т.Г.
Тажудинов С.Т.
Казанцев П.В.
Зубаилов А.Ч.
Абакаров А.Д.
Темиров Т.У.
Джанмирзаев Т.Ш.
Мусакв Б.З.
Гайсултанов Р.С.
Кахриманов М.Д.
Шеварденидзе Д.Д.
Закарьяев М.А.
Магомедов Р.М.
Аразов С.Т.
Губиев Р.З.
Исаибов К.Н.
все погибли..."
*** 
Bu nə siyasətdir, bu kimin niyyətidir, qoy dünya siyasətçiləri qiymətini versin. Doğrudanmı bu qədər əhalisi olan Rusiyanın siyasi rəhbərliyi Ukraynaya yalnız qeyri-rusları göndərir və ya rusların sırasından döyüşməyə adam tapa bilmir?!
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN