booked.net booked.net  

Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyi və ADA Universitetinin

İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” silsilə seminarlar keçirilir.

Əsas məqsədi media nümayəndələri arasında təcrübə mübadiləsinin aparılması olan növbəti seminarda çap və online media təmsilçiləri iştirak edirdi.

İyunun 26-da Müzəffər Azərbaycan Ordusu Gününə təsadüf edən seminar müqəddəs şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başladı.

ADA Universitetində keçirilən seminarda Al Jazeera English-in müxbiri Rəsul Sərdar Ataş iştirakçılarla öz təcrübəsini və tövsiyələrini bölüşdü.

Sonra seminar iştirakçılarına Əl-Cəzirə Media İnstitutunun sertifikatları təqdim olundu.

Sonda xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, "Təzadlar" qəzetinin baş redaktoru, Avropa Media Federasiyasının üzvü Asif Mərzili də bir aylıq silsilə seminarlarda iştirak edir.

ELBAR

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA