booked.netbooked.net booked.net  

 Küçənin adının və səfirliyin rəsmi ünvanının dəyişdirilməsi ilə bağlı Rusiyanın Latviyadakı səfirliyinə məlumat verilib, amma...

Rusiyanın Riqadakı səfirliyi "Ukraynanın Müstəqilliyi" adının dəyişdirilməsindən beş ay sonra küçə lövhəsini dəyişdirməkdən imtina edir, lakin Vyana Konvensiyasına görə yerli hakimiyyət diplomatik nümayəndəliyi cərimələyə bilməz.

Bu barədə Delfi portalı xəbər yayıb.

Qeyd edək ki, Kalpaka bulvarı ilə Rerix küçəsi arasındakı ərazidə Antoniyas küçəsinin adının dəyişdirilməsi ilə bağlı qərar martın 10-da Riqa Şəhər Şurası tərəfindən qəbul edilib. Qərar qəbul edilən zaman güman edilirdi ki, iki ay ərzində ərazidə yeni lövhələr qoyulmalı, bir ay ərzində isə Riqa Şəhər Şurası obyektlərin ünvanlarını dəyişdirməlidir. Özünüidarə  tez bir zamanda küçə adları lövhələrini hazırlayıb Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinə təhvil vemişdi ki, Rusiya səfirliyindən onların quraşdırılmasını xahiş etsin. Küçənin adının dəyişdirilməsi ilə bağlı qərardan üç ay sonra səfirlik tələbi yerinə yetirməyib - Riqanın özünüidarəsi bu barədə nazirliyə məlumat verib. Xarici İşlər Nazirliyi öz səlahiyyətləri çərçivəsində diplomatik nümayəndəliklərlə əlaqə saxladıqlarını və Rusiya səfirliyini rəsmi məlumatlandırdıqlarını, həmçinin küçənin adı olan yeni lövhələr göndərdiklərini təsdiqləyib.

Küçənin adının və səfirliyin rəsmi ünvanının dəyişdirilməsi ilə bağlı Rusiyanın Latviyadakı səfirliyinə məlumat verilib. Səfirliyə ünvan lövhələrinin dəyişdirilməsi də tapşırılıb. Lakin XİN izah edib ki, “Rusiya səfirliyi, eləcə də digər diplomatik nümayəndəliklər Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasında nəzərdə tutulmuş diplomatik toxunulmazlığa tabedir. Məsələ Vyana Konvensiyasının müddəalarına uyğun olaraq həll edilir".

Məlumata görə, ünvan lövhələrinin dəyişməməsinə baxmayaraq, səfirlik poçt bağlamalarını yeni ünvanda - "Ukraynanın Müstəqilliyi" küçəsində qəbul edir.  Xatırladaq ki, bir müddət əvvəl Litvanın paytaxtı Vilnüsdə də Rusiya səfirliyinin yerləşdiyi küçənin adı dəyişdirilərək “Ukrayna Qəhrəmanları küçəsi” adlandırıldı.

 JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN