booked.netbooked.net booked.net  

Rusların 10 silah və hərbi texnikasının toplandığı yer, iki komanda məntəqəsi və iki sursat anbarı vurulub.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində saat 06:00-a olan əməliyyat məlumatında deyilir.

Qeyd olunur ki, quru qruplarının hərəkətlərinə dəstək məqsədilə Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində 16 zərbə endirib.

"Üç dayaq məntəqəsinin, on silah və hərbi texnikanın toplandığı yerin, həmçinin rusların üç zenit-raket kompleksinin məğlubiyyəti təsdiqlənib. Bundan başqa, hava hücumundan müdafiə bölmələrimiz 4 PUA və 4 ədəd X-59 idarə olunan hava raketini vurub”, - Baş Qərargahdan bildiriblər.

Həmçinin qeyd edilir ki, raket qoşunları və artilleriya bölmələri rus hədəflərinə atəş zərbələri endirməkdə davam edir.

O cümlədən, gün ərzində iki komanda məntəqəsi, rusların canlı qüvvəsinin, silah və hərbi texnikasının cəmləşdiyi 7 məntəqə, bir estafet stansiyası, üç elektron döyüş məntəqəsi, iki sursat anbarı və bir yanacaq-sürtkü materialı vurulub”, - deyə məlumatda bildirilir.

Ukraynada müharibə: son xəbərlər

Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərqində və cənubunda əks hücumu davam edir. Qərb ekspertlərinin fikrincə, müdafiəçilər Limanda rus qoşunlarını mühasirəyə almaq niyyətindədirlər. Ukrayna döyüşçüləri bunun üzərində fəal şəkildə qəsəbənin qərbində, şimalında və şimal-şərqində işləyirlər.

Sentyabrın 26 və 27-də Ukrayna Silahlı Qüvvələri Limanın şimal-qərbində və şimalında bir neçə kəndi nəzarətə götürüb.

Şimal-şərqdə hücum əməliyyatının elə ilk həftələrində əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin ruslar tərəfindən işğal edilmiş demək olar ki, bütün ərazilərini işğaldan azad etməyə müvəffəq olub.

Eyni zamanda, ruslar səylərini Donetsk vilayətinin ələ keçirilməsinə yönəltməkdə davam edir.

Ötən sutka ərzində Müdafiə Qüvvələrinin bölmələri Zaitsevo, Mayorsk, Jeleznoye, Baxmutskoye, Odradovka, Nikolaevka ikinci, Ozeryanovka, Pervomayskoye, Pobeda, Novomikaylovka, Pavlovka və Bezımyannoye yaşayış məntəqələri ərazilərində rusların hücumlarını dəf edib.

Yujnobuqski istiqamətində təmas xətti boyunca 25-ə yaxın yaşayış məntəqəsinin əraziləri atəşə tutulub.

Baş Qərargahın məlumatına görə, Rusiya komandanlığı sıradan çıxmış bölmələri, lazımi qaydada öyrədilməmiş yeni səfərbər edilmiş birləşmələrlə aktiv şəkildə doldurur.

 E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN