booked.net booked.net  

Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın (XHƏ) müddəti haqqında danışaraq, qeyd edib ki, həqiqətən də uzun proses XHƏ deyil, sözügedən ölkədə vəziyyətin nizamlanmasıdır.

Rusiya liderinin sözlərini RİA Novosti sitat gətirir.

Əvvəlki bəyanatını şərh edən Rusiya prezidenti qeyd edib ki, o, mövcud vəziyyətin tənzimlənməsini nəzərdə tutur.

“XHƏ prosesinin müddəti – mən həll prosesinin müddətindən danışırdım. Heç bir sual və ya problem yoxdur. Rusiya Federasiyasının Müdafiə Nazirliyi özünü şəffaf aparır - hesabatlarda hər şey öz əksini tapıb. Bütövlükdə nizamlanma prosesinə gəlincə, bəli: bu, yəqin ki, asan olmayacaq, müəyyən vaxt aparacaq”.

Bundan əvvəl Putin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının nəticələrinin görünməsini uzun proses adlandırmışdı. “Əlbəttə, bu uzun proses ola bilər”, - deyə dövlət başçısı daha sonra bildirib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN