booked.netbooked.net booked.net  

Polşada Rusiyanın Ukraynadakı Xüsusi Hərbi Əməliyyatı ilkin mərhələdə olanda respublikanın bölünməsi variantını nəzərdən keçiriblər. Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorski Zet radiostansiyasının efirində Varşavanın bölünmə planı barədə məlumat verib.

Tezadlar.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Sikorski PiS hökumətinin (Polşanın hakim partiyası "Hüquq və Ədalət") ölkəni parçalamaq barədə düşündüyünə inanırmı sualına cavab verib. “Düşünürəm ki, müharibənin ilk on günündə bir tərəddüd anı var idi, o zaman hamımız bilmirdik ki, necə gedəcək və bəlkə də Ukrayna dağılacaq”, - deyə keçmiş nazir bildirib.

Onun sözlərinə görə, əgər Ukrayna prezidenti Vladimir Zelenskinin qəhrəmanlığı və Qərb ölkələrindən Kiyevə yardım olmasaydı, vəziyyət başqa cür inkişaf edə bilərdi.

Eyni zamanda, Polşanın baş naziri Mateuş Moravetski bölünmə planlarını təkzib edib. “Radoslav Sikorskinin açıqlamaları Rusiyanın təbliğatından heç də fərqlənmir”, - o, Twitter-də yazıb.

Bundan əvvəl, yanvarın 21-də Varşava sakinləri müharibə əleyhinə mitinqə çıxıblar. Onlar Polşanın Ukrayna ərazisindəki münaqişədə iştirakına qarşı çıxıb, rəsmiləri və yerli jurnalistləri “polşalıların başını və ürəyini müharibəyə dəstək təbliğatı ilə doldurmaqda” ittiham ediblər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN