booked.net booked.net  

İsrail bazar günü gecə İran Müdafiə Nazirliyinin zavoduna pilotsuz təyyarələrdən raket zərbəsi endirib... 

Tezadlar.az "The Wall Street Journal"ına və "Reuters"ə istinadla bildirir ki, adı çəkilən agentliklər ABŞ rəsmilərinə istinadən yazıb ki,  zərbə İsrail tərəfindən həyata keçirilib. İran rəsmiləri ölkənin hava hücumundan müdafiə qüvvələrinin İsfahan şəhərindəki sursat fabrikinə üç pilotsuz təyyarənin hücumunu dəf etdiyini bildirib. İran hava hücumundan müdafiə sistemlərinin pilotsuz təyyarələrdən birini vurduğunu, digər ikisinin isə anbarın üstündə partladığını və damına ziyan vurduğunu bildirib. İsrail ordusu şərh verməkdən imtina edib. ABŞ rəsmilərindən adının açıqlanmasını istəməyən rəsmisi isə Reuters agentliyinə deyib ki, İsrailin bu işə qarışdığı aydın görünür. Bir sıra digər ABŞ rəsmiləri Vaşinqtonun heç bir rol oynamadığını söyləməkdən başqa şərh verməkdən imtina etdilər.
Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayder ABŞ ordusunun İrana qarşı zərbələrdə iştirak etmədiyini deyib, lakin əlavə şərh verməkdən imtina edib. Daha əvvəl baş verənlərə görə isə İranın İsfahan şəhərində İsrailin pilotsuz təyyarələri İranın Müdafiə Nazirliyinin döyüş sursatı istehsalı üzrə ixtisaslaşmış zavoduna hücum edib. İranın Müdafiə Nazirliyi iddia edir ki, “emalatxananın damı” zədələnib və hücum “insan itkisinə və avadanlıqların sıradan çıxmasına səbəb olmayıb”.

Lakin yayılan foto və videogötüntülər isı əksini sübut edir.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA