booked.netbooked.net booked.net  

Ukrayna prezidenti Vladimir Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə telefonla danışıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz Telegram kanalında yazıb.

“Kanadanın baş naziri Castin Trüdo ilə telefon danışığı olub. Biz müdafiə sahəsində uzunmüddətli əməkdaşlıq proqramını müzakirə etdik", - o deyib.

Zelenski əlavə edib ki, o, söhbətdə Rusiyanın xarici aktivlərinin müsadirəsinin başlandığını qeyd edib, həmçinin Moskvaya sanksiya təzyiqini artırmağa çağırıb. Bundan əlavə, siyasətçilər NATO sammiti və digər beynəlxalq tədbirlər ərəfəsində mövqelərini razılaşdırıblar.

Bundan əvvəl Ukrayna prezidentinin Fransa prezidenti Emmanuel Makronla danışdığı bildirilirdi. Tərəflər Ukrayna ordusunun ehtiyaclarını, eləcə də respublikanın planlaşdırdığı əks-hücum əməliyyatının perspektivlərini müzakirə ediblər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN