booked.netbooked.net booked.net  

Özbəkistanın ümumxalq səsverməsi nəticəsində qəbul edilmiş yenilənmiş Konstitusiyası qüvvəyə minib.

Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) saytında bildirilir.

Qeyd olunur ki, Özbəkistan Konstitusiyası haqqında yeni redaksiyada hazırlanan qanun layihəsini referendumda səsvermədə iştirak edənlərin 90,2%-i dəstəkləyib.

Respublika qanunvericiliyinə uyğun olaraq plebisitdə iştirak etmək hüququ olan vətəndaşların yarıdan çoxu səsvermədə iştirak etdikdə referendum keçirilmiş sayılır.

Yenilənmiş qanun mayın 1-də MSK-nın saytında dərc olunub.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN