booked.netbooked.net booked.net  

Ukrayna müdafiə nazirinin birinci müavini Oleksandr Pavlyuk bildirib ki, Ukraynanın dəniz sahəsinin 14 min kvadrat kilometr ərazisi minalanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə o, “Ukrinform” agentliyinə məlumat verib.

“14 min kv.km dəniz əraziləridir”, - deyə o bildirib.

Daha əvvəl bildirilib ki, Ukrayna minlərlə tank əleyhinə mina yerləşdirməklə Belarusla sərhəddə müdafiəni gücləndirmək qərarına gəlib.

Qeyd olunur ki, Kiyev 6000-dən çox tank əleyhinə mina quraşdırıb. Ukrayna ordusunun general-leytenantı Serhiy Naev bildirib ki, müdafiə xətləri “düşmənin ərazimizin dərinliyinə doğru irəliləməsinin ehtimal olunan yollarına, o cümlədən yollar, meşə zolaqları, körpülər, elektrik xətləri” üzərində cəmlənib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bildirib ki, Çin Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələrə “NATO-nu təcavüzkar kimi təqdim etmək fürsəti” kimi baxacaq. Qeyd olunub ki, ABŞ və Avropa rəsmiləri Rusiya və Çin arasında mümkün müttəfiqliyə “sayıqdır”. Bununla yanaşı, hakimiyyət orqanları açıq şəkildə bəyan edirlər ki, ÇXR tərəfindən Rusiya Federasiyasına hərbi yardım göstərilməsinə dair heç bir əlamət yoxdur.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN