Cənab Prezident, Siz beşinci dəfə prezident seçilmisiniz. Bu, həqiqətən onun göstəricisidir ki, Siz bu ölkə üçün çox önəmli bir şəxsiyyətsiniz və Sizi yenidən seçilməyiniz münasibətilə təbrik edirəm.

"TEZADLAR.AZ xəbər verir ki, bu fikri ölkəmizə rəsmi səfərə gələn Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarındakı çıxışı zamanı deyib.

"Sizə açıq şəkildə deyə bilərəm ki, təkbətək görüşümüzdə müzakirələrimiz ölkəniz və Sizin haqqınızda düşündüyümün təsdiqi oldu. Siz suveren xarici siyasətin tərəfdarısınız. Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz praqmatik şəxsiyyətsiniz və Sizin xarici siyasətiniz təkcə bir istiqamətdə köklənməyib. Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz. Bununla yanaşı, Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm.

Cənab Prezident, bəzi beynəlxalq təsisatlarda kiçik ölkələrə qarşı ayrı-seçkilik, ədalətsizlik və qeyri-obyektivlik məni məyus edir. Çünki əhali sayına baxdıqda biz kiçik ölkə hesab edilirik. Sizi çox diqqətlə dinləyirdim və bunu dünən məni hava limanında qarşılayan nümayəndə heyətinə də bildirdim. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq və Azərbaycandakı obyektiv vəziyyəti Avropa İttifaqında təqdim etmək istəyirik. Biz haqq-ədalət uğrunda mübarizə aparmalıyıq. Slovakiya 2020-2023-cü illərdə Avropa İttifaqı tərəfindən nə dərəcədə biganə yanaşmanın nümunəsidir. O vaxt ölkənin cinayət məcəlləsindən müxalifətlə mübarizə üçün istifadə edilirdi. O zaman biz müxalifətdə idik, bu gün isə həmin dövrdə - 2020-2023-cü illərdə baş verənlərə görə parlamentimizdə çox mühüm qanunlar qəbul etdik. Ancaq Avropa İttifaqının diqqəti də məhz bunun üçün bizim üzərimizdədir. Yəni, bizim bu təsisatlarla bağlı belə bir təcrübəmiz var. Mən həm buradan bizim Xarici İşlər Nazirliyinə və parlamentimizə deyə bilərəm ki, biz Azərbaycandakı vəziyyəti maksimum şəkildə obyektiv işıqlandırmalıyıq", - deyə Slovakiyanın Baş naziri Robert Fitso çıxışında qeyd edib .

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN