booked.netbooked.net booked.net  

Yaponiya hakimiyyəti Kremlə pilotsuz təyyarənin hücumunun mümkün nəticələrini diqqətlə izləyir.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu Paraqvayda rəsmi səfərdə olan Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi deyib.

Hayaşi pilotsuz uçan aparatların kim tərəfindən buraxılması və bu və ya digər tərəfin hücumda iştirakı ilə bağlı fərziyyələrə heç bir şərh verməyib.

"Biz insidentin hadisələrin gələcək inkişafına mümkün təsiri baxımından vəziyyəti diqqətlə izləyirik", - Yaponiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Bundan əvvəl Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bildirmişdi ki, idarə Kiyevin Kremlə zərbə endirmək cəhdinin bütün hallarını müəyyən edir. O, həmçinin bildirib ki, Kremlə hücum cəhdi terror aktlarının tipik Kiyev üslubu olduğunu təsdiqləyir. Bastrıkin Kremlə hücum cəhdinin Qələbə Günü ərəfəsində edildiyini xüsusilə vurğulayıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN