booked.netbooked.net booked.net  

Tezadlar.az prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatına istinadən xəbər verir ki, Ankaranın Suriya və İraqla sərhəddə hərbi əməliyyatları başa çatmayıb.

Onun sözlərinə görə, doğru an gözlənilir. Türkiyə lideri həmçinin mayın 14-də keçiriləcək prezident seçkilərində əsas rəqibi, müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlunu qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasını (PKK) terror təşkilatı kimi tanımağa çağırıb.

Ərdoğan qeyd edib ki, hələ də PKK-nın terror təşkilatı olması ilə bağlı bir kəlmə də eşitməyib.

“Niyə deyə bilmirsən?” – deyə prezident soruşub.

Daha əvvəl dövlət başçısının rəsmi nümayəndəsi İbrahim Kalın Türkiyənin Suriyanın şimalında yeni hərbi əməliyyata hazır olduğunu bildirmişdi. O, bunun hər an başlaya biləcəyinə diqqət çəkib. Sərhəd bölgəsində kürd birləşmələrinə qarşı əməliyyatlar aparan Türkiyə hərbçilərinin olmasını Suriya hakimiyyəti dəfələrlə qanunsuz adlandırıb və Ankaranı öz qoşunlarını vətənə göndərməyə çağırıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN