booked.netbooked.net booked.net  

ISNA xəbər verir ki, Ukrayna lideri Vladimir Zelenskinin siyasi şousu İran xalqına qarşı yönəlib.

İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, onun məqsədi Qərb ölkələrindən silah tədarükü əldə etməkdir. Onun sözlərinə görə, Zelenskinin İrana qarşı yalan iddialarının təkrarlanması anti-İran oxunun İran hökumətinə və xalqına qarşı apardığı təbliğat və media müharibəsi ilə həmahəngdir. Bu, Qərbdən mümkün qədər çox silah və maliyyə yardımı cəlb etmək üçün lazımdır.

Diplomat həmçinin diqqətə çatdırıb ki, Ukrayna prezidentinin bəyanatında məqsəd Tehrana qarşı yararsız iddialarla siyasi şou təşkil etmək və cəmiyyətin diqqətini yayındırmaqdır.

Kənani əlavə edərək, İran İslam Respublikasının hər zaman Ukraynadakı döyüşlərin və onun davam etdirilməsinin əleyhinə olduğunu, bunun tez bir zamanda dayandırılması üçün siyasi həll yolunun tapılmasının vacibliyini vurğulayıb.

Bundan əvvəl Ukrayna lideri iranlıları Moskvaya dəstəyi dayandırmağa çağırıb. O, bunun İslam Respublikasını daha da təcrid edəcəyi ilə hədələyib. Ukraynanın GUR rəhbəri Kirill Budanov isə İranı hədələyib. Onun sözlərinə görə, Kiyev İranda pilotsuz uçuş aparatları istehsal edən zavodun məhv edilməsi üçün hərbi əməliyyat keçirə bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Tehranın Rusiyaya pilotsuz təyyarələr tədarük etdiyi ilə bağlı iddialar əsassız olaraq qalır.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN