booked.net booked.net  

Rusiya prezidenti Vladimir Putin baş nazir Mixail Mişustinə daşqınların baş verdiyi Xerson vilayətində vəziyyətlə bağlı hökumət komissiyası təşkil etməyi tapşırıb.

Tezadlar.az xəbər verir ki, müvafiq sənəd Kremlin saytında dərc olunub.

“Kaxovskaya Su Elektrik Stansiyasında təxribat nəticəsində Xerson vilayətinin ərazisində baş vermiş irimiqyaslı daşqının nəticələrinin aradan qaldırılması üçün hökumət komissiyası yaradılsın”, - sənəddə deyilir.

Sərəncamın icrası üçün son tarix 9 iyun 2023-cü ildir.

İyunun 6-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin (USQ) atəşə tutması nəticəsində Xerson vilayətindəki Kaxovka su elektrik stansiyası zədələnib, onun yuxarı hissəsi dağıdılıb. Nova Kaxovka administrasiyasının rəhbəri Vladimir Leontiev hadisəni terror aktı adlandırıb və onun nəticələrinin öyrəniləcəyini vurğulayıb.

Daha sonra Leontiev bildirib ki, bəndin uçması ilə əlaqədar hakimiyyət Dnepr sahilləri boyunca yerləşən Novokakhovka şəhər dairəsinin bir sıra yaşayış məntəqələrindən insanları təxliyə etməyə başlayıb.

Rusiya prezidenti Vladimir Putin deyib ki, Kaxovskaya su elektrik stansiyasına hücum Kiyevin törətdiyi cinayətdir. Onun sözlərinə görə, Kiyev hakimiyyəti hərbi cinayətlər törədir, terror üsullarından istifadə edir.

E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN