booked.net booked.net  

Avqustun 17-də Abşeron rayonunun Masazır kəndi ərazisində 1979-cu il təvəllüdlü Ruslan Məmmədovun yıxılması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Tezadlar.az xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən isti izlər əsasında həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü Yakuşev Stanislavın aralarında yaranmış mübahisə zamanı Ruslan Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə Yakuşev Stanislav şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN