booked.netbooked.net booked.net  

Bu gün onların doğma yurda qayıtmaq arzusu çin oldu, həqiqətə çevrildi...

Dövlət Qaçqınkom- dan Tezadlar.az-a bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Sitat: "Bu gün respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 27 ailə - 115 nəfər köçürülüb. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər".

Nəzərə alsaq ki, indiyədək təkcə Füzuli şəhərinə 527 ailənin (1 969 nəfər) daimi məskunlaşması təmin edilib, deməli, bu minvalla və ardıcıllıqla tezliklə işğaldan azad edilmiş bütün ərazilərimizə keçmiş məcburi köçkünlərin qayıdışı təmin ediləcək.

Yurda qayıdışımız mübarək! Qarabağ təkcə Azərbaycanın deyil, həm də Azərbaycandır! 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN