booked.netbooked.net booked.net  

Dünya üçüncü dünya müharibəsi astanasındadır.

Bu fikri ABŞ-ın keçmiş prezidenti Donald Tramp Yaxın Şərqdəki Amerika bazasına hücumdan sonra deyib.

“Mən prezident olsaydım, bu hücum heç vaxt baş verməzdi, zərrə qədər şans da yox idi. Necə ki, İranın dəstəklədiyi HƏMAS-ın İsrailə hücumu və Ukraynadakı münaqişə heç vaxt baş vermədi. Biz III Dünya Müharibəsinin astanasındayıq”, - Tramp özünün “Truth” sosial səhifəsində yazıb.

Bundan əvvəl Ağ Evin mətbuat xidməti Baydenin bəyanatını yayıb. Bəyanatda yanvarın 27-də İordaniyanın şimal-şərqində Suriya ilə sərhəddə yerləşən ABŞ qüvvələrinə pilotsuz təyyarənin hücumu nəticəsində 3 ABŞ hərbçisinin həlak olduğu və çoxlu sayda hərbçinin yaralandığı bildirilib. ABŞ Mərkəzi Komandanlığı aydınlaşdırıb ki, 25 hərbçi yaralanıb.

Daha sonra İordaniyanın rabitə naziri və hökumət sözçüsü Muhannad əl-Mubadin Baydenin krallıqda Amerika qüvvələrinə hücum edildiyi barədə bəyanatını təkzib edib. Onun sözlərinə görə, Suriyanın İordaniya ilə sərhədə yaxın Əl-Tanf bölgəsindəki ABŞ bazasına hücum edilib.

​​​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN