booked.net booked.net  

Aİ ölkələri artıq ehtiyatlarını tükəndiriblər və Ukraynaya daha çox mərmi vermək üçün “sehrli çubuq”ları yoxdur.

Tezadlar.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Xosep Borrell deyib.

"Sizə daha çox lazımdır və biz daha çox verməliyik, amma mənim sehrim yoxdur. Mənim sehrli çubuğum yoxdur", - Borrell Ukraynanın “Rada” telekanalında deyib.

Diplomatiya rəhbəri Aİ-nin müdafiə sənayesi imkanlarının çox aşağı olduğunu bildirib. Belə ki, Avropa ölkələrinin silahlı qüvvələri Ukraynanı sursatla təmin etmək üçün ehtiyatlarını boşaldıblar. Bu günə qədər Aİ silahlı qüvvələri ilk növbədə Ukrayna Silahlı Qüvvələrinin anbarlarını doldurmaq üçün öz anbarlarının doldurulmasını gecikdirir.

Borrell qeyd edib ki, Aİ ölkələri mart ayına qədər Ukraynaya təxminən 550-600 min mərmi tədarük edə biləcək və əvvəllər vəd edilən 1 milyon mərmi 2024-cü ilin sonuna qədər çatdırılacaq.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Ukrayna Silahlı Qüvvələrinin tezliklə kəskin silah və sursat çatışmazlığı ilə üzləşəcəyi barədə xəbərdarlıq etmişdi.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN