booked.net booked.net  

Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə görüşüb və onu “komandada olmağa davam etməyə” dəvət edib.

Tezadlar.az xəbər verir ki, bu barədə yazı Zelenskinin Telegram kanalında yer alıb.

“Mən general Valeri Zalujnı ilə görüşdüm. Ukraynanı iki il qoruduğuma görə təşəkkür edirəm”, - o yazıb.

Zelenskinin sözlərinə görə, görüşün mövzusu Ukrayna Silahlı Qüvvələrində, o cümlədən rəhbərlikdə zəruri yeniliklər olub.

“Belə bir yeniləmənin vaxtıdır. Mən təklif etdim ki, Valeri Fedoroviç komandada qalmağa davam etsin”, - deyə o yekunlaşdırıb.

Xatırladaq ki, Zalujnının istefası barədə danışmağa 2023-cü ilin sonunda başlayıblar. Bu məlumatı “RAI”-yə müsahibəsində Ukraynanın hərbi rəhbərliyində dəyişiklik etmək planları barədə açıqlama verən Zelenski özü də təsdiqləyib. Bundan əlavə, bir gün əvvəl Zalujnının Böyük Britaniya səfiri postunu tutmağa razı olduğu xəbəri yayılmışdı. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanının istefası ilə bağlı hələ də rəsmi sərəncam yoxdur.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN