booked.net booked.net  

Hava hücumundan müdafiə sistemi dörd Ukrayna pilotsuz təyyarəsinin Oryol vilayətinin yanacaq-energetika kompleksinin obyektlərinə hücum cəhdini dayandırıb.

Tezadlar.az bildirir ki, bu barədə regionun rəhbəri Andrey Klıçkov öz Telegram kanalında məlumat verib.

"Bu gecə hava hücumundan müdafiə sistemi Oryol vilayətinin yanacaq-energetika kompleksinin obyektlərinə düşmənin PUA-larına (dörd ədəd) hücum cəhdini dayandırıb, itki yoxdur. Təhlükəsizliyin təmin edilməsi məqsədilə hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilir", - deyə məlumatda bildirilir.

O, həmçinin qeyd edib ki, səmada belə təyyarələr aşkar edilərsə, dərhal FTX-nin Oryol vilayəti üzrə idarəsinin növbətçi xidmətinə, Rusiya Daxili İşlər Nazirliyinin Oryol vilayəti üzrə növbətçi xidmətinə və ya vahid xilasedicilərə (112 saylı) məlumat vermək lazımdır.

​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN