booked.net booked.net  

Rosfinmonitorinq “Sol Cəbhə”nin koordinatoru Sergey Udaltsovu terrorçular və ekstremistlər siyahısına daxil edib.

Tezadlar.az bildirir ki, bu barədə idarənin saytında məlumat verilib.

Xidmətin saytında terrorçular və ekstremistlər siyahısına daxil edilmiş şəxslər baxımından 16 fevral 1977-ci ildə Moskvada anadan olmuş Sergey Stanislavoviç Udaltsov göstərilir.

Yanvarın 12-də Moskvanın Basmannı Məhkəməsi Udaltsov barəsində fevralın 15-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (İnternetdən istifadə edərək terrorçuluğa bəraət qazandırmaq) ilə ittiham olunub. Vəkillərin fikrincə, “Sol Cəbhə” liderinin hərəkətlərində ittiham olunan heç bir cinayət yoxdur.

Daha əvvəl Udaltsovun Moskvadakı mənzilində axtarış aparıldığı, sənədlərin, qadcetlərin və elektron daşıyıcıların müsadirə edildiyi bildirilmişdi. Bundan sonra o, İstintaq Komitəsi tərəfindən dindirilmək üçün aparılıb.

2014-cü ildə Moskva Şəhər Məhkəməsi Udaltsovu kütləvi iğtişaşların təşkilində təqsirli bilib və o, 4,5 il müddətinə azadlıqdan məhrum edilib. O, günahını etiraf etməyib. 2017-ci ilin avqustunda Udaltsov azadlığa çıxıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN