Cümə axşamı İrəvanda mitinq keçiriləcək.

Ermənistan müxalifəti növbəti dəfə Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir və buna görə “Birgə” hərəkatı fevralın 29-u saat 17.00-a mitinq təyin edib.

 Vətəndaşlar Ermənistan paytaxtının Azadlıq meydanına çıxaraq hökumətin və baş nazirin istefasını tələb edəcəklər.

 Müxalifət hərəkatının koordinatoru, Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyanın sözlərinə görə, bugün ölkədə sosial ədalətsizlik hökm sürür, cəmiyyətin qütbləşməsi problemi var.

 “Biz siyasi gündəliyimizi, danışıqlar prosesinin bəzi nəticələrini, həmçinin gələcək idarəetmə sistemi ilə bağlı baxışımızı təqdim edəcəyik”- Sarkisyan bəyan edib.

Qeyd edək ki, uzun illərdir ki, müxaliflər Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər və küçələrə axışaraq çoxsaylı mitinqlər keçirirlər...

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN