booked.netbooked.net booked.net  

Polşa-Ukrayna sərhədində nəqliyyat blokadası qanuni etirazdır.

Məlumata görə, bunu Polşa prezidenti Anjey Duda deyib.

O qeyd edib ki, blokadaya görə təəssüflənir, lakin etirazçıları qınamır. Bundan əlavə, Duda bildirib ki, bu, qanuni etirazdır və ona anlayışla yanaşmaq lazımdır.

Fevralın 27-də ölkənin dövlət sərhəd xidmətinin nümayəndəsi Andrey Demçenko Ukrayna ilə sərhəddə polşalı fermerlər tərəfindən bloklanan altı keçid məntəqəsində 2 mindən çox avtomobilin yığıldığını və iki keçid məntəqəsində vəziyyətin kritik olduğunu bildirib.

Bir gün əvvəl politoloq Dmitri Solonnikov bildirmişdi ki, Aİ ölkələri özlərinin kənd təsərrüfatı sənayesinin ziyanına Ukraynaya sonsuz dəstək verə bilməyəcəklər.

Fevralın 26-da bildirilib ki, fermerlərlə yanaşı, Polşa yük daşıyıcıları da Ukrayna ilə sərhədlərin bağlanmasına yenidən qoşula bilər.

Həmin gün hakimiyyətin kənd təsərrüfatı siyasətindən narazı olan polşalı fermerlər Almaniya ilə sərhəddə A2 şossesi ilə yük maşınlarının hərəkətini əngəlləyiblər.

​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN