booked.netbooked.net booked.net  

Moskva yaxınlığındakı Krasnoqorskda “Krokus Siti Holl”da törədilən terror aktı zamanı İslam adlı 15 yaşlı məktəbli yüzdən çox insanı xilas edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” qəzeti məlumat yayıb.

Məlumata görə, səkkizinci sinif şagirdi “Piknik” rok qrupunun konserti zamanı qarderobda “part-time” işləyib və silahlı terrorçuların yanında olub. İslamın sözlərinə görə, o, təxminən yarım saat ərzində insanları binadan çıxarıb.

"Düz saat 23:00-da atəş səsləri eşidildi. Dərhal qaçdım ki, insanları çıxardım. "Arxa" çıxışların harada olduğunu bilirik. Mən getsəm, yüzlərlə adamın öləcəyini başa düşdüm. Kimi çıxardımsa, çıxardım”. İslam “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində deyib: “Mən özümü qəhrəman hesab etmirəm”.

Qəzet yazır ki, uşağın anası oğlunun hərəkətindən xəbər tutanda göz yaşlarını saxlaya bilməyib.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN