booked.netbooked.net booked.net  

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian ABŞ dövlət katibi Antoni Blinkenin Çinin Rusiyaya dəstəyini dayandırmayacağı təqdirdə ABŞ-ın tədbir görəcəyi ilə bağlı sözlərinə cavab verib.

Tezadlar.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.

Diplomat bildirib ki, Rusiya ilə Çin arasında normal ticarət və iqtisadi mübadilə hüququ tapdalanmamalıdır.

“Çin Ukrayna böhranının nə təşəbbüskarı, nə də tərəfi deyil. Çin heç bir şəkildə atəşə yanacaq qatmır və faydalanmaq fürsətindən istifadə etməyib”, - o vurğulayıb.

Lin Jian ABŞ-ın Ukraynanı silahla təmin etdiyinə və eyni zamanda Çin və Rusiya arasında ticarətə qarşı əsassız ittihamlar irəli sürdüyünə diqqət çəkib.

“Ukrayna məsələsində atəşə kim yağ tökür?” – o deyib.

Aprelin 26-da Blinken bildirib ki, Çin Rusiya hərbi sənayesinin bərpası üçün lazım olan komponentlərin Rusiyanın əsas tədarükçüsüdür, ABŞ Moskva ilə Pekin arasında bu əlaqələri dayandırmaq üçün öz tərəfdən əlavə tədbirlər görməyə hazırdır.

ABŞ dövlət katibi Çini prezident seçkilərinə müdaxilədə də ittiham edib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN