booked.netbooked.net booked.net  

Fransa prezidenti Emmanuel Makronun rəsmi səfəri zamanı çıxış edən Braziliya prezidenti Luiz İnasiu Lula da Silva onu Fransanın keçmiş lideri Nikolya Sarkozi ilə səhv salıb.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS yazır.

İki ölkə başçısı Amazon Kayapo hindularının lideri Raoni Metuktirenin mükafatlandırma mərasimində iştirak edib.

"Bu axşam Sarkozi və mən Rio-de-Janeyroya gedəcəyik", - Braziliya prezidenti tədbirdə çıxışı zamanı deyib.

Eyni zamanda mərasim iştirakçıları onun səhvini üzə çıxarıb və Braziliya rəhbəri özünü düzəldib.

RT tərəfindən yayımlanan videoya görə, Makron həmkarının səhvinə heç bir reaksiya verməyib, nəzakətlə gülümsəməyə davam edib.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Avropa İttifaqı liderlərinin adlarını qarışdıraraq 2021-ci ildə Almaniyanın keçmiş kansleri Helmut Kol və o vaxta qədər artıq vəfat etmiş Fransanın keçmiş prezidenti Fransua Mitteranla əlaqə saxladığını bildirmişdi.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN