booked.netbooked.net booked.net  

Ukraynalı hərbçi Ukrayna Silahlı Qüvvələrinin (USQ) 72-ci briqadasının batalyonunun siyasi zabiti, mayor Yevgeni Bukovyakanı hücuma keçmək istəmədiyi üçün öldürüb.

Tezadlar.az bildirir ki, bu barədə hərbi analitik Boris Rojin məlumat verib.

“Münaqişə zamanı qumbaraatan taqımının komandiri baş leytenant Aleksandr Boyko da həlak olub”, - nəşr aydınlaşdırıb.

Hadisə şəxsi heyətin hücuma keçmək məcburiyyətində qalması səbəbindən baş verib.

Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.

Bundan əvvəl məlum olub ki, Ukrayna Silahlı Qüvvələrinin taqım komandiri rus qoşunlarının irəliləməsindən və onlarla toqquşmadan qorxan əsgərini güllələyib. Hadisə Xarkov vilayətinin Kupyansk yaxınlığında baş verib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN