booked.netbooked.net booked.net  

Xarici kəşfiyyat Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında terror aktının hazırlanmasına kömək edə bilər.

Tezadlar.az xəbər verir ki, bunu Türkiyədəki hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik deyib.

"Bu terror aktı xarici dövlətin kəşfiyyat dəstəyi olmadan baş verməzdi. İslam Dövləti (İŞİD) təkbaşına belə bir terror aktı həyata keçirə bilməzdi; bu kimi terror aktlarının sponsoru var”, - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, Ukraynada münaqişəni davam etdirmək istəyən lobbilər var.

AKP nümayəndəsi əlavə edib ki, Türkiyə və Rusiya terrorizmlə mübarizə məsələlərində əməkdaşlıq edirlər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN