booked.netbooked.net booked.net  

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Gürcüstanda qəbul edilən xarici agentlər haqqında qanun layihəsini rus adlandırmaq olmaz. O xatırladıb ki, oxşar qanunvericilik tətbiq edən ABŞ öz daxili siyasi gigiyenasına ilk nəzarət edən ölkə olub.

Tezadlar.az xəbər verir ki, Kreml nümayəndəsinin sözlərinə görə, bu, daxili siyasətə xarici təsirlərdən qorunmaq üçün hər şeyi edən çoxlu sayda dövlətlər üçün normal təcrübədir.

Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xarici agentlərlə bağlı Rusiya qanunvericiliyinin sərtləşdirilməsinə çağırıb. O, ABŞ-dan nümunə götürməyi və xarici agentlər üçün cinayət məsuliyyətinin tətbiqini təklif edib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN