booked.net booked.net  

Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi “Xarici agentlər haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.

Tezadlar.az xəbər verir ki, komitənin iclası qanunverici orqanın saytında canlı yayımlanıb.

Məhkəmə-Hüquq Komissiyası qanun layihəsinə bazar ertəsi səhər baxmağa başlayıb. Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının nümayəndələri ilə müxalifət arasında qızğın mübahisələr yaşanıb. Hətta iş o yerə çatıb ki, müxalifətçi deputat Xatia Dekanoidze hökumətyönlü deputat Quram Maçaraşvilini plastik butulka ilə vurub.

Gün ərzində iclasa sədrlik edən hüquq komitəsinin sədri Anri Oxanaşvili parlament qaydalarını pozduğuna görə 14 müxalifət deputatını zaldan çıxarmalı olub. Oxanaşvili həmçinin görüşdə iştirak edən bir neçə qeyri-hökumət təşkilatının nümayəndəsini də vəzifəsindən kənarlaşdırıb. Qanun layihəsinin plenar iclasda nə vaxt səsə qoyulacağı hələlik məlum deyil.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN