booked.net booked.net  

Rusiya Konsulluğu Almaniyada iki ukraynalı əsgərin qətlində şübhəli bilinən şəxsin Rusiya Federasiyası vətəndaşı olduğunu təsdiqləmir.

Tezadlar.az xəbər verir ki, departament bu barədə şərhində bildirib.

Qurum izah edib ki, hadisə ilə bağlı Rusiya vətəndaşının saxlanılması ilə bağlı onlara məlumat daxil olmayıb.

“Hazırda şübhəlinin hətta Rusiya vətəndaşlığının olması barədə heç bir təsdiq yoxdur”, - konsulluq qeyd edib.

Onlar izah ediblər ki, KİV-də yayılan xəbərlərdə “rus” sözü var ki, bu söz yüz minlərlə rusdilli alman vətəndaşından və ya ikili vətəndaşlığı olan şəxslərdən hər hansı biri ola bilər.

Aprelin 27-də Bavariyanın Murnau şəhərində ticarət mərkəzinin ərazisində bıçaq xəsarətləri olan bir neçə ukraynalı tapılıb. Onlardan biri artıq ölüb, ikincisi xəstəxanada dünyasını dəyişib. Polis qətldə şübhəli bilinərək hadisə yerinə yaxın yaşayan rusiyalını saxlayıb.

Tezliklə məlum olub ki, həlak olanlar Ukrayna Silahlı Qüvvələrinin hərbçiləridir və Almaniyada reabilitasiyadan keçirlər. Bundan əlavə, yerli KİV-in məlumatına görə, onlar şübhəli şəxsi tanıyıblar və hadisədən bir qədər əvvəl onunla pivə içiblər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN