booked.net booked.net  

Güclü leysan yağışları Acarıstan Muxtar Respublikası ərazisində ciddi problemlər yaratmaqda davam edir.

Verilən məlumatda bildirilir ki, muxtar respublikanın Xelvaçuri bələdiyyəsi ərazisindən keçən çaylarda suyun səviyyəsi qalxıb, torpaq sürüşməsi baş verib, bəzi kəndlərlə əlaqə kəsilib.

Xelvaçuri bələdiyyəsinin Periya kəndində torpaq sürüşməsi nəticəsində bir neçə ev uçub.

Xelvaçuri şəhərinin meri bildirib ki, şəhərdə yaradılmış qaynar xəttə torpaq sürüşməsi ilə bağlı 80-dən çox müraciət daxil olub. Artıq 8 ailə ekomiqrantdır. Onların evlə təmin olunmaları istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Gürcüstanın bölgələrində əlverişsiz hava şəraiti, leysan yağışlar davam edir.

Onu da qeyd edək ki, Qara dəniz sahillərində qasırğa ilə bağlı əhaliyə xəbərdarlıq olunub.  

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN