booked.net booked.net  

Müvafiq icazələri olmadan işğaldan azad olunmuş Xocavənd rayonu ərazisinə keçməyə cəhd göstərmiş şəxslər saxlanılıblar.

DİN-in saytına istinadən məlumata görə, oktyabrın 2-də saat 4 radələrində işğaldan azad olunmuş Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində yerləşən nəzarət postunda İmişli rayon sakinləri Q.Talıbovun idarə etdiyi “Shacman” və R.Quliyevin idarə etdiyi “Hovo” markalı avtomobillərə saxla işarəsi verilib, lakin sürücülər tabesizlik göstərərək hərəkəti davam etdiriblər.

Görülmüş tədbirlərlə onlar saxlanılıblar. Araşdırmalarla Q.Talıbovun sərnişini C.Məmmədovun və R.Quliyevin sərnişini N.Tapdıqovun işğaldan azad olunmuş ərazilərə keçmək üçün müvafiq icazələrinin olmaması müəyyən edilib. “Shacman” markalı avtomobilin yük yerinə baxış zamanı oradan “Altay” markalı traktor, “Hovo” markalı avtomobilin yük yerinə baxış zamanı isə dəmir və əlvan metallar aşkar edilib.

Onlar RPŞ-yə gətirilib və toplanmış materialla birgə rayon məhkəməsinə göndəriliblər.

E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN