booked.net booked.net  

Neft gəlirləri uzun müddətli dövrdə stabil valyuta daxilolmaları vəd etmir.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bidirib.

“Neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə edilir. Son aylar bir bareli 100 dollardan yüksək təklif edilən “qara qızıl” indi 94 dollardan ucuz satılır. Son 1 ayda neftin qiyməti 13 faizə yaxın aşağı düşüb”, - o, bildirib.

 İqtisadçı  neftin dünya bazarında qiymətinin azalmasını qlobal iqtisadiyyatda baş verən durğuluqla, Rusiya- Ukrayna müharibəsi, Çin iqtisadiyyatında tətbiq edilən məhdudiyyətlərlə əlaqələndirib.

 “Neftin qiymətindəki azalmalar daha çox qlobal iqtisadiyyatda müşahidə olunan durğunluq ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır. Xüsusən də Çin iqtisadiyyatının azalacağı ilə bağlı gözləntilər bazara birbaşa təsir göstərməkdədir. Dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən iqtisadi məhdudiyyətləri genişləndirir. Bu isə Çin iqtisadiyyatındakı gözlənilən artımlara nail olmaqda çətinlik yaradır”, - deyə vurğulayıb.

 Vüqar Bayramov  dünyada neftin qiymətinə, həmçinin siyasi faktorların da təsi etdiyini istisna etmir.

“Təbii ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir”, - deyib.

O, neft gəlirlərinin uzunmüddətli sabit olmadığını diqqətə çatdıraraq, qeyri-neft sektorunun inkişafının alternativsizliyini önə çəkib.

  “Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft gəlirləri uzun müddətli dövrdə stabil valyuta daxilolmaları vəd etmir”, - deyə V.Bayramov qeyd edib.

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN