booked.netbooked.net booked.net  

Alüminim idxalına qadağa qoyulması Aİ-də minlərlə şirkətin işçilərini işsiz qoyacaq...

Beş Avropa sənaye assosiasiyası Aİ səlahiyyətlilərindən Rusiya alüminiumuna qadağa tətbiq etməməyi xahiş edir və bu sanksiyaların minlərlə Avropa şirkətinin bağlanmasına səbəb ola biləcəyini izah edir.

Reuters agentliyi bunu sənaye assosiasiyalarının bəyanatına istinadən xəbər verib.

 Birgə Bəyanat Avropa Alüminium İstehlakçıları Federasiyası (FACE), İqtisadi İnkişafın və Xarici İqtisadi Əlaqələrin Təşviqi üzrə Almaniya Federal Assosiasiyası (BWA), İtaliya Tökmə Avadanlıqları İstehsalçılarının Milli Assosiasiyası (Amafond), İtaliya Polad Assosiasiyası (Assofermet), eləcə də İtaliyanın Tökmə Assosiasiyası (Assofond), tərəfindən imzalanmışdır.

Assosiasiyalar öz məktublarında “Avropa Komissiyasının və Aİ-yə üzv ölkələrin Rusiya alüminiumuna qadağa təhlükəsi, habelə Avropa alüminium sənayesi üçün dərhal və kritik təhlükə yaradan ona qarşı yüksək tariflər və ya sanksiyalara qarşı təcili müdaxiləsini tələb ediblər.

 Sənayeçilər həmçinin bəyanatında bildiriblər ki, Rusiya metalına qarşı hərəkətə keçməyə çağıranlar “ya onun əsas rəqibləridir, ya da Avropa alüminium sənayesi üzvlərinin böyük əksəriyyəti üçün mövcud olmayan tədarük variantlarından istifadə edirlər”.

 Bəzi şirkətlər artıq Rusiya metallarından imtina edəcəklərini bəyan ediblər, həmçinin London metal birjası (LME) də Rusiya alüminiumuna qadağa qoymağı düşünür.

 

Y.MƏMMƏDLİ

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN