booked.netbooked.net booked.net  

Bu il 51 aqroparkın 40-da taxıl əkilib

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ölkədə fəaliyyət göstərən 51 aqroparkın idarəçiliyini həyata keçirir. Bu aqroparkların 40-da taxıl əkilir və yüksək məhsuldarlıq əldə edilir. Belə ki, 2022-ci il ərzində aqroparkların 41 min hektar sahəsində buğda biçini aparılıb və 152 min tondan çox məhsul istehsal edilib. Bunun da 88.8 min tonu ərzaqlıq, 31,4 min tonu toxumluq, 32 min tonu isə yemlik buğdanın payına düşür. Aqroparklarda buğda istehsalı üzrə orta məhsuldarlıq 3,7 ton/ha təşkil edib ki, bu da ölkə üzrə orta göstəricidən yüksəkdir (ölkə üzrə orta göstərici 3,2 ton/ha).

Xatırladaq ki, 2021-ci ildə aqroparklarda 138 min ton buğda istehsal olunub. Tezadlar.az ötən ilki buğda istehsalı ilə bu ilki buğda istehsalının müqayisəsini aparıb və məlum olub ki, bu il aqroparklarda ötən ilkindən 14 min ton daha çox buğda əldə olunub.

Qeyd edək ki, ötən il aqroparklarda cəmi  55 min ton ərzaqlıq buğda istehsal olunmuşdu. Bu il bu rəqəm 88.8 min tonadək yüksəldilməklə ötən illə müqyisədə 60%-dən çox artım deməkdir.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN