booked.net booked.net  

Cərimələr dərs olmur...

Gürcüstanın paytaxtında ilin əvvəlindən bəri 60-a yaxın ticarət obyekti politilen torbaların istifadəsinə görə cərimələnib.

 Cərimənin ümumi miqdarı 60 min lari, yaxud 21,9 min dollar (37226.87 AZN) təşkil edib.

Bunu Tbilisi şəhər meriyasının bələdiyyə yoxlaması bölməsinin rəhbəri Şota Tuxareli bildirib.

Onun sözlərinə görə, 2020-2021-ci illərdə şəhərin 200-dən çox ticarət obyekti cərimə olunub və cərimələrin ümumi miqdarının bir milyon lariyə çatıb (366.3 min dollar - 622.52 AZN).

"Bu mərhələdə deyə bilərik ki, iri ticarət şəbəkəsindəki marketlərdə vəziyyət düzəldi, hər yerdə müvafiq sertifikatlar olan bioparçalanan paketlərə rast gəlirsən", - deyib.

Bazarlarda və kiçik pərakəndə satış yerlərində polietilindən istifadə etməyə davam edirlər.

O, qeyd edib ki, bu işi mərhələli şəkildə - iri obyektlərdən kiçiklərə keçərək davam edirlər.

“Müvafiq olaraq  topdan ticarət şəbəkələrinə də çatacağıq. Monitorinq gündəlik həyata keçirilir”, - deyə Tuxareli əlavə edib.

Xatırladaq ki, Gürcüstanda 2019-cu ilin aprel ayından bəri bioparçalan torbalardan başqa, hər hansı bir sıxlıqda  birdəfəlik plastik torbaların istehsalına, idxalına və tətbiqinə qadağa qoyulub.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN