Avropa İttifaqı öz enerji bazarını yarada bilməyib və ABŞ-dan qazı həddindən artıq baha qiymətə almaq məcburiyyətində qalacaq.

Bunu Zaqrebdə keçirilən forumu açan Xorvatiya Prezidenti Zoran Milanoviç deyib.

Onun sözlərinə görə, uzun müddətdir ki, Aİ öz neft-qaz bazarının formalaşması ilə bağlı “illüziyalara malikdir”.

Z.Milanoviç HRT telekanalında bildirib ki, indi avropalılar ştatlardan resursları indiki qiymətdən üç dəfə baha qiymətə almalı olacaqlar.

Milanovic əlavə edib ki, Rusiya və Amerika “müəyyən texnologiyalara və öz ehtiyacları üçün qeyri-məhdud enerjiyə malik olduqları üçün sarsılmazdır”.

Noyabrın 27-də Kremlin sözçüsü Dmitri Peskov dövlət başçısı Vladimir Putinin enerji resurslarının onlara tavan tətbiq edəcək ölkələrə satışının dayandırılması ilə bağlı mövqeyini xatırladıb. Rusiya dəfələrlə bu fikrə qarşı çıxıb.

Avropa İttifaqının Rusiyanın enerji resurslarından imtina etməsi Rusiyanın Donbasın mühafizəsi üzrə xüsusi əməliyyatının başlamasından sonra Qərb ölkələrinin qəbul etdiyi genişmiqyaslı anti-Rusiya sanksiyalarının bir hissəsidir. Lakin sanksiyalar Rusiyadan daha çox Avropanın özünə iqtisadi ziyan vurub. Məsələn, avqustda Avropada qazın min kubmetri 3200 dollara qalxıb. Beynəlxalq Enerji Agentliyi Avropada görünməmiş enerji böhranı barədə xəbərdarlıq edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA