booked.netbooked.net booked.net  

Bu gün vergi orqanları və vergi ödəyiciləri arasında münasibətlər qarşılıqlı etimada əsaslanır və qeyd etdiyimiz bu yığımların böyük əksəriyyəti – 92 faizi məhz könüllü vergi ödəmələri hesabına icra olunur.

Bunu “İqtisadi Zona” proqramının buraxılışında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva bildirib.

O, qeyd edib ki, ötən il vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 15,5 milyard manat həcmində daxilolma qeydə alınıb və bu, 2021-ci illə müqayisədə 7 milyard manat çoxdur.

“Təbii ki, bu artımın dünya enerji bazarında qiymət konyukturunda baş verən müsbət meyillərlə bağlı olan hissəsi də var, amma digər tərəfdən, məhz qeyri-neft sektorunda vergi daxilolmaları ötən il 1,8 milyard manat artıb”, - deyə bildirib .

Onun sözlərinə görə, bu, həm səmərəli təşviq alətləri vasitəsilə sahibkar-dövlət münasibətlərində etimadın və könüllü əməletmənin səviyyəsinin artımı, digər tərəfdən isə resurslardan səmərəli istifadə edilməklə effektiv risk əsaslı vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi və bunların nəticəsi olaraq şəffaflaşma hesabına mümkün olub.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN