booked.netbooked.net booked.net  

Ötən il Azərbaycanda doqquz layihəyə 86 milyon avro sərmayə qoymuşuq ki, bunun da 70 faizindən çoxu “yaşıl iqtisadiyyat”a aiddir.

Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen ölkəmizə edilmiş yatırımlardan danışarkən bildirib. 

 O, diqqətə çatdırıb ki, ötən il dayanıqlı infrastruktur, bərpa olunan enerji və korporativ sektora daha çox diqqət yetiriblər.

AYİB təmsilçisi Azərbaycanda görülən işlərə diqqət çəkib və vurğulayıb ki, Gəncədə tullantıların idarə edilməsi və enerji səmərəliliyinin təkmilləşdirilməsinə dair sazişlər imzalanıb və ölkəmizin karbonsuzlaşdırılması proqramının irəliləyişi üçün ilk irimiqyaslı günəş elektrik stansiyasını birgə maliyyələşdiriblər.

“ Korporativ sektorda diqqət çəkən məqamlar enerjiyə qənaət edən soyuducu anbarın tikintisinin və kənd təsərrüfatı məhsulları istehsalının “yaşıllaşdırılmasının” maliyyələşdirilməsini əhatə edirdi. Telekommunikasiya sahəsinə böyük investisiyalar qoyuldu. “Aztelekom”a verdiyimiz kredit Azərbaycanın regionlarında minlərlə ev təsərrüfatı üçün müasir genişzolaqlı texnologiyanın tətbiqinə yönəldilib. Bu istiqaməti 2023-cü ildə Azərbaycanda ilk dairəvi iqtisadiyyat layihəmiz və regional inkişafı dəstəkləmək üçün İT mərkəzlərinin işə salınması kimi layihələrlə davam etdiririk”, - deyə nəzərə çatdırıb.

Katarina Byorlin Hansen 2023-cü ildə və ondan sonrakı illərdə Azərbaycanla olan əməkdaşlığa nikbin baxdığını və ölkəmizdəki 30 illik fəaliyyətləri ərzində 187 layihəyə 3,6 milyard avro sərmayə qoyaraq, hazırda ölkənin aparıcı investorlarından biri olduqlarından da məmnunluğunu ifadə edib.

 

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN