booked.netbooked.net booked.net  

Türkiyədə zəlzələdə ölənlərin sayı 36 187-yə çatıb, 108 068 nəfər yaralanıb…

Bu say nisbidir, yenilənir. Artıq tam sübut edildi ki, bu qədər acı hallara baiskar isə Türkiyədə son illərdə özbaşına qoyulmuş tikintilərdir. Artıq yüzlərlə saxta işlərə əl qoymuş iş adamları saxlanılıb. Onların digər bölgələrdə tikdiyi binaların ekspertizası keçirilməkdədir. İş o yerə çpatıb ki, Rusityada məsələ qaldırılıb ki, türk şirkətlərinin tikdiyi bütün binalar yoxlamadan keçirilsin.

***

Qayıdaq Azərbaycana. Bakı acgöz iş adamlarının və rüşvətxor məmurların sayəsində göydələnlərlə dolub-daşır. Harda boş yerlər var, göydələn tikilir. Vətəndaşların ictimai narazılığı da baş alıb gedir. Belə ki, məsələn, 12-14 mərtəbəyə Sərəncam alan şirkət rəhbərləri sonradan əyri və qanunsuz yollarla mərtəbələrin sayını 20-25-ə, bəzən 30-a çatdırırlar. Bu azmış kimi, tikilən binaların zirzəmisində min hoqqalar yaşanır. Sosial mediada da bu narahatlıqlar qaldırılmaqdadır. Məsələn, tanınmış hərbi ekspert Ədalət Vəliyev özünün fb statusunda maraqlı məsələyə toxunub. Yazır: «Bu gün (16.02.2023) saat 10-da yaşadığım binanın zirzəmisində yerləşən obyektdə fundamentin və daşıyıcı divarların söküldüyünə dair ciddi şübhələrim olduğuna dair FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə sosial şəbəkə hesabımdan müraciət etmişdim. Cəmi 1 saat sonra adı çəkilən qurumun əməkdaşları yaşadığım ünvana gəldilər, mənim iştirakımla zirzəmidəki obyektə dərindən baxış keçirdilər. Şübhələrim özünü tamamilə doğrultdu. Hazırda sənədləşmə işləri davam edir. Əziyyəti keçənlərə, xüsusən də FHN-in rəhbərliyinə dərin təşəkkür edirəm…».

Bəli, Bakıda bu cür hallar yerli icra orqanlarının fəaliyyətsizliyindən qaynaqlanır. Odur ki, gələcəkdə Türkiyədəki faciələrin yaşanmaması üçün aidiyyəti dövlət qurumları məsələyə diqqətlə yanaşmalı, tikilən və tikilməkdə olan binaların ekspertizasının keçirilməsi üçün Dövlət səviyyəli komissiya yaradılmalıdır. Amma elə olmamalıdır ki, bu komissiya tanış-biliş, dostluq prinsipləri ilə işləməməlidir.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN