booked.net booked.net  

Budapeşt Avropa İttifaqından (Aİ) Ukraynadan taxıl idxalına qoyulan məhdudiyyətləri 2023-cü ilin sonuna qədər uzatmağı xahiş edib.

Tezadlar.az bildirir ki, bu barədə “RİA Novosti”-yə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Onlar qeyd ediblər ki, söhbət “taxıl dempinqindən əziyyət çəkən” Şərqi Avropanın beş ölkəsinə Ukrayna taxılının idxalının məhdudlaşdırılmasından gedir.

Macarıstan hesab edir ki, bu tədbir “bu dövlətlərin bazarını birbaşa yükləmədən” taxılın biçin dövründə Ukraynadan daşınmasına imkan verəcək.

Budapeşt həmçinin yeni məhsulun başlanmasına qədər yer boşaltmaq üçün Aİ-dən yerli fermerlərə anbarlardan taxıl ixracında maliyyə dəstəyi istəyib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN