booked.net booked.net  

2022-ci ilin fevral ayının sonunda hərbi münaqişənin başlanmasından bəri Ukraynada taxıl istehsalı 37 faiz azalıb və 2023-2024-cü illərin yeni kənd təsərrüfatı mövsümündə 54,5 milyon tona düşəcəyi ehtimal edilir.

Tezadlar.az bildirir ki, bu barədə “Bloomberg” agentliyi Beynəlxalq Taxıl Şurasının (BTŞ) analitiklərinin məlumatlarına istinadən xəbər verir.

Müqayisə üçün qeyd edək ki, Ukrayna bu yaxınlarda 2021-2022-ci illərin kənd təsərrüfatı mövsümündə taxıl istehsalının pik səviyyəsinə nail ola bildi - o zaman ümumi göstərici 86,7 milyon ton səviyyəsində idi. Bununla belə, növbəti mövsümün sonuna qədər məhsul dərhal 25,6 milyon ton azalaraq 61,6 milyon təşkil edib (2020-2021-ci illərdə istehsal həcmi 65,2 mln.).

Ekspertlər Rusiyanın taxıl müqaviləsindən çıxmasından sonra Odessa vilayətinin liman infrastrukturuna pilotsuz təyyarələrin müntəzəm hücumları, eləcə də yerli kənd təsərrüfatı müəssisələri tərəfindən əkin sahələrinin daha da azaldılması fonunda ortamüddətli perspektivdə mənfi tendensiyanın davam edəcəyini düşünürlər. Söhbət payızlıq buğda, çovdar və arpa kimi məhsulların istehsalının ehtimal olunan azalmasından gedir.

Bundan əvvəl Çikaqo Birjasında buğda qiymətləri iyulun sonunda yavaşladıqdan sonra yenidən artıma keçdi. Ticarət zamanı fyuçers müqavilələrinin dəyəri hazırda 4,9 faiz artaraq 6,84 dollar/buşelə çatıb. Bununla belə, 2 avqust Çərşənbə günü kotirovkalar mövqelərini bir qədər geri qazandı və təxminən 6,6 dollara düşdü. Mütəxəssislər qiymət artımını Qara dənizdəki İzmail limanının infrastrukturuna son zamanlar pilotsuz təyyarə hücumları ilə əlaqələndiriblər, buna görə Ukrayna taxılının tədarükü yenidən təhlükə altında olub.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN