booked.net booked.net  

Azərbaycana gələn turistlərin ölkə mənşəyində də dəyişiklik qeydə alınır. Bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib. 
O, vurğulayıb ki, ölkəyə gələn ərəb turistlərin sayı azalıb, əvəzində isə avropadan gələn turistlərin sayında 40 faiz artım baş verib.
"Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin ilk yarısında Avropadan Azərbaycana gələn turistlərin sayı 40 faiz artsa da körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalıb. Bu o deməkdir ki, Azərbaycana gələn Avropalıların sayı artıb, ərəblərin sayı isə azalıb", - deyə Vüqar Bayramov qeyd edib.
İqtisadçı diqqətə çatdırıb ki, Çindən, Türkmənistan və Hindistandan gələnlərin sayı daha çox artıb və ölkəmizdə turizmi inkişaf etdirmək üçün Avropa, həmçinin cənubi-şərqi Asiya ölkələri ilə bu sahədə əlaqələrin inkişaf etdirilməsi lazımdır.
"Ən yüksək artımlar isə Çin (7,2 dəfə artım), Türkmənistan (3,9 dəfə) və Hindistandan (3,1 dəfə) gələn turistlərin sayında müşahidə olunub.
Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər", - iqtisadçı deyib.
JASMİN
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN