booked.net booked.net  

Ölkəmiz Rusiyadan kartof çipsisi idxal edən ölkələr sırasında ilk beşlikdə qərarlaşıb.

TEZADLAR.AZ xəbər verir ki, 2022-ci ildə Rusiya Azərbaycana 14,3 milyon dollar dəyərində 3,6 min ton kartof çipsi ixrac edib ki, bu da 2021-ci ilin göstəricilərini həcm ifadəsində 20 faiz, dəyər olaraq isə 2,4 dəfə üstələyib.
 Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin Aqro-Sənaye Məhsullarının İxracının İnkişafı üzrə Federal Mərkəzinin (Aqroeksport) araşdırmasına əsasın ötən il Azərbaycan Rusiyadan bu kateqoriyadan olan məhsulların əsas idxalçı ölkələri sırasında olub.

Dəyər strukturunda 2022-ci ildə Rusiya kartof çiplərinin əsas alıcıları Qazaxıstan (36,3 faiz), Belarus (32,2 faiz), Özbəkistan (9,3 faiz), Azərbaycan (7,6 faiz) və Qırğızıstandır (3,9 faiz). Ötən il Rusiya Qazaxıstan, Belarus, Özbəkistan, Azərbaycan və Qırğızıstana çips ixracından müvafiq olaraq 68,2 milyon, 60,4 milyon, 17,5 milyon, 14,3 milyon və 7,2 milyon dollar gəlir əldə edib.

Ümumilikdə, 2022-ci il ərzində Rusiya dünya bazarına 187,6 milyon dollar dəyərində 44 min ton kartof çipsi tədarük edib ki, bu da bir il öncəki göstəriciləri həcm olaraq 0,9 faiz, dəyər baxımından isə 69,5 faiz üstələyib.

vergiler.az

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN