booked.net booked.net  

Ötən həftə hərraclarda dollara tələb artıb. Belə ki, 10-17 avqust tarixlərində Mərkəzi Bankın təşkil etdiyi 3 valyuta hərraclarında 127.9 milyon dollar satılıb.
Mili Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, bu, əvvəlki uyğun müddətdə təşkil edilən 3 hərrac ilə müqayisədə 27.3 faiz çox satış deməkdir.
Onun sölərinə görə, bu artım son hərraclarda dollar tələbinin hiss edilən səviyyədə yüksəlməsindən xəbər verir.
Vüqar Bayramov dollara olan tələbin artmasını belə izah edib:
"Dollara tələbin artması mövsümi iqtisadi səbəblər ilə yanaşı, psixoloji faktorlarla da bağlıdır. Belə ki, yay mövsümünün sona yaxınlaşması, idxalın artması dollara yeni tələb yaradır. Bununla yanaşı, qonşu ölkələrdəki volatillik, xüsusən də Rusiyada rublun ucuzlaşması valyuta bazarına psixoliji təsir formalaşdırır", - o, açıqlayıb.
Həmçinin xatırladıb ki, bu ilin birinci yarısında 8 milyard 198 milyon dollarlıq idxal qeydə alınıb və bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 22.5 faiz çoxdur.
İqtisadçı diqqətə çatdırıb ki, idxalın artması isə dollara daha çox tələb yaradır.
"Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsi hələ də birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlığı Mərkəzi Bankın qərarları müəyyənləşdirir", - deyə Vqra Bayramov yenə xatırladıb.
JASMİN
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN