booked.netbooked.net booked.net  

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Milli Energetika Şirkətinin (TAQA) ötürülmə və paylanma üzrə baş icraçı direktoru Omar Əl Haşmini

və şəbəkə inkişafı və investisiyalar üzrə direktoru Qabriele Manduzionu qəbul edib. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mətbuat xidmətindən "Təzadlar"a bildirilib ki, görüşdə tərəflər arasında Azərbaycanda 01 yanvar 2024-cü il tarixindən qüvvəyə minmiş “Elektroenergetika haqqında Qanun”da nəzərdə tutulan bir sıra məsələlər, eləcə də yeni günəş və külək elektrik stansiyalarının fəaliyyəti ilə bağlı “TAQA” şirkətinin ölkəmizə mümkün dəstəyi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan, Gürcüstan və Rumıniya arasında Qara dəniz sualtı kabel layihəsi barədə məlumat verilib.

“TAQA” enerji holdinq şirkəti 2005-ci ildə təsis edilib. Əbu-Dabinin qabaqcıl şirkətlərindən biri olan TAQA əmirliyin iqtisadi strategiyasının həyata keçirilməsində mühüm rol oynayır. Şirkət hazırda 11 ölkədə fəaliyyət göstərir. TAQA-nın investisiyaları əsasən enerji istehsalı, suyun şirinləşdirilməsi, neft və qazın hasilatı və saxlanması ilə məşğul olan şirkətlərə istiqamətlənib. Bundan əlavə, şirkət mədənçıxarma, metallurgiya və xidmət sektoruna yatırımlar edib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN